Hulusi Akar çörəyini Zakir Həsənovla bölüşüb: “Allah türk ordusunu qorusun!”

Hulusi Akar çörəyini Zakir Həsənovla bölüşüb: “Allah türk ordusunu qorusun!” Türkiyəli nazir çörəklərdən birini götürərək onu həmkarı Z.Həsənovla bölüşüb
Hərbi
11 Fevral , 2021 16:13
Hulusi Akar çörəyini Zakir Həsənovla bölüşüb: “Allah türk ordusunu qorusun!”

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və türkiyəli həmkarı Hulusi Akar Qarsda keçirilən “Qış təlimi-2021” Türkiyə-Azərbaycan birgə təlimlərini izləyəndən sonra ərazidəki səhra çörəkxanasına baş çəkiblər.

“Report” xəbər verir ki, türkiyəli nazir çörəklərdən birini götürərək onu həmkarı Z.Həsənovla bölüşüb.

Bundan başqa, nazirlər əsas müşahidə məntəqəsində təlimlərlə bağlı məlumat alıblar. Daha sonra hər iki nazir qış mövsümündə ordunun təchizatı ilə məşğul olan heyətin hərbi andını dinləyiblər. Hərbi marş bitdikdən sonra H.Akar və Z.Həsənov birlikdə “Allah türk ordusunu qorusun!” deyiblər.

Qeyd edək ki, fevralın 1-də Qars şəhərində "Qış təlimi-2021" adlı Türkiyə-Azərbaycan birgə təlimləri başlayıb. Z.Həsənov təlimləri izləmək üçün bu şəhərə gedib. Bu gün Z.Həsənov və türkiyəli həmkarı H.Akar təlimlərin Müşahidəçi günündə iştirak ediblər. Fevralın 12-də başa çatacaq təlimlərin məqsədi birgə əməliyyatların keçirilməsi vaxtı hərəkətlərin koordinasiyasını təmin etmək, həmçinin yeni silahlandırılmanı və nəqliyyat vasitələrini sınaqdan keçirməkdir.

Son xəbərlər

Orphus sistemi