Hulusi Akar: "Azərbaycan-Ermənistan sərhədindəki gərginlik normallaşma prosesinə mane olur"

Hulusi Akar: "Azərbaycan-Ermənistan sərhədindəki gərginlik normallaşma prosesinə mane olur" "Ermənistan və Azərbaycan qoşunları şərti cəbhə xəttində son vaxtlar yaranan gərginlik narahatlıq doğurur”.
Hərbi
5 may 2023 09:38
Hulusi Akar: Azərbaycan-Ermənistan sərhədindəki gərginlik normallaşma prosesinə mane olur
Hulusi Akar

“Azərbaycan-Ermənistan şərti sərhədində son vaxtlar yaşanan gərginlik narahatlıq doğurur”.

“Report” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar “TRT Worl”da dərc olunan “Qafqaz regionu: sülh və barışıq üçün unikal imkan” sərlövhəli məqaləsində bildirib.

O yazıb ki, regionda vəziyyət kövrəkdir: “Sülh sazişinin imzalanmasına dair ümidlər azalmaqdadır. 2020-ci ildə imzalanan atəşkəs razılaşması ilə qızıl fürsət yarandı. Ermənistanın 30 illik işğalına son qoyuldu. Beləliklə, 1 milyon azərbaycanlı məcburi köçkünün öz evlərinə qayıtmalarına şərait yarandı”.

H.Akar qeyd edib ki, şərti sərhəddəki gərginlik Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına mane olur.

Nazir vurğulayıb ki, Ermənistanla Azərbaycan və Türkiyə arasında əlaqələrin tam normallaşması bütün Qafqaz regionu üçün yeni imkanlar yaradacaq: “Beləliklə, yeni əməkdaşlıq üçün şərait yaranacaq. Bununla belə, mövcud həssas vəziyyətə diqqət etməliyik. Ermənistan 1991-ci ildə SSRİ-dən ayrıldı. Bundan sonra iki məqam İrəvanla Bakı və Ankara münasibətlərinin inkişafına mane oldu. Bunlardan birincisi, 1991-ci ildə başlanan Qarabağ müharibəsi nəticəsində Ermənistanın beynəlxalq hüquqa zidd şəkildə Azərbaycanın ərazilərini işğal etməsi idi. İkincisi isə ermənilərin soyqırımı iddialarıdır. İki maneədən biri 2020-ci ildə həll olundu, Azərbaycan torpaqlarını işğaldan azad etdi. İkinci məsələ isə hər iki tərəf üçün daha emosionaldır".

Son xəbərlər

Orphus sistemi