Heydər məscidində Qarabağ qazisinin yas mərasimi keçiriləcək

Heydər məscidində Qarabağ qazisinin yas mərasimi keçiriləcək Bakıda Qarabağ qazisi Qoşqar Hacıyevin üç mərasimi keçiriləcək.
Hərbi
12 Fevral , 2020 18:26
Heydər məscidində Qarabağ qazisinin yas mərasimi keçiriləcək

Bakıda Qarabağ qazisi Qoşqar Hacıyevin üç mərasimi keçiriləcək.

Bunu “Report”a açıqlamasında şəhidin qardaşı İlqar Hacıyev deyib.

Mərasim fevralın 13-ü saat 11-də Heydər məscidində olacaq.

Q.Hacıyev fevralın 10-da vəfat edib. Yasamal rayon ərazisində yerləşən “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Q.Hacıyev 1986-cı ildə Mingəçevir şəhərində anadan olub. Azərbaycan Ordusunda müddətdən artıq hərbi qulluqçu kimi xidmət edib.

2015-ci il sentyabrın 2-də düşmənin kəşfiyyat-diversiya hücumunun qarşısını alarkən başından ağır yaralanıb. Onun müalicəsi yerli tibb müəssisələri ilə yanaşı, Türkiyənin Gülhanə Təhsil və Araşdırma Xəstəxanasında aparılıb. O, uzun müddət komada qalıb.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə Q.Hacıyev “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib. Onun medalı 2019-cu ilin aprelin 20-də Gülhanə xəstəxanasında müalicə olunan zaman ailəsinə təqdim olunub.

Son xəbərlər

Orphus sistemi