Heydər Əliyev adına Hərbi Liseyə yeni rəis təyinatı olub

Heydər Əliyev adına Hərbi Liseyə yeni rəis təyinatı olub Naxçıvanda yerləşən Heydər Əliyev adına Hərbi Liseyə yeni rəis təyinatı olub.
Hərbi
432
13 Aprel , 2019 17:41
Heydər Əliyev adına Hərbi Liseyə yeni rəis təyinatı olub

Naxçıvanda yerləşən Heydər Əliyev adına Hərbi Liseyə yeni rəis təyinatı olub. 

"Report"un məlumata görə, bununla bağlı müvafiq sərəncam imzalanıb. 

Sərəncama əsasən, bu vəzifəyə polkovnik Məhəmməd Həsənov gətirilib. Heydər Əliyev adına Hərbi Liseyin bayrağı sıra meydanına gətirilərək ona təhvil verilib. Sonda hərbi liseyin marşı oxunub, şəxsi heyət təntənəli marşla tribunanın önündən keçib. 

Qeyd edək ki, bu təyinatadək Heydər Əliyev adına Hərbi Liseyin rəisi general-mayor Elman Orucov olub. Onun daha yuxarı vəzifəyə təyin olunması ilə əlaqədar bu postdan azad edildiyi bildirilib. 

Son xəbərlər

Orphus sistemi