"Report"
Çıxışlar zamanı bildirilib ki, vətənpərvər və intellektli gənclər yetişdirən müəllimlərin əməyi hər zaman dövlət tərəfindən yüksək qiymətləndirilir. Hazırda Heydər Əliyev adına Hərbi Liseydə çalışan müəllimlərdən 1 nəfəri Azərbaycan Respublikasının, 2 nəfəri Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi” fəxri adlarına layiq görülüb, 1 müəllim “Tərəqqi” medalı və 2 müəllim isə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunub. Hərbi liseydə fəaliyyət göstərən pedaqoji kollektivin vətənpərvərliyinin və peşəkarlığının nəticəsidir ki, kursantların təhsilində, tərbiyəsində və intizamında uğurlar qazanılıb.
Çıxışların ardından təhsildə fərqlənən müəllim və kursantlara Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.