Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi təsdiq edilib

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi təsdiq edilib Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb
Hərbi
10 Oktyabr , 2017 19:18
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi təsdiq edilib

Bakı. 10 oktyabr. REPORT.AZ/ Prezident İlham ƏliyevHeydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında fərman imzalayıb. 

"Report"un məlumatına görə, fərmanla "Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi” təsdiq edilib. 

Nazirlər Kabinetinə Prezident aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Son xəbərlər

Orphus sistemi