Hərbi xidmət əleyhinə olan cinayətlər 47,6 % azalıb

Hərbi xidmət əleyhinə olan cinayətlər 47,6 % azalıb Fəaliyyət istiqamətləri üzrə görülən işlərlə bərabər, insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsinin və bununla əlaqədar həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq məqsədilə bir sıra digər işlər də görülüb.
Hərbi
126
21 Yanvar , 2021 15:41
Hərbi xidmət əleyhinə olan cinayətlər 47,6 % azalıb

Fəaliyyət istiqamətləri üzrə görülən işlərlə bərabər, insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsinin və bununla əlaqədar həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq məqsədilə bir sıra digər işlər də görülüb.

"Report" xəbər verir ki, bu barədə Hərbi Prokurorluğun kollegiya iclasında bildirilib.

Qeyd edilib ki, bu istiqamətdə əldə olunan müsbət nəticələrdə Hərbi Prokurorluq orqanları ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlar, həmçinin qeyri-hökumət təşkilatları arasında yaranmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin də çox böyük əhəmiyyəti olub:

"Bütün bunların nəticəsində də hesabat dövründə qeydə alınan cinayətlər əvvəlki illə müqayisədə ümumilikdə 36,1 %, hərbi xidmət əleyhinə olan cinayətlər 47,6 %, qeyri hərbi cinayətlər isə 18,6 % azalıb".

Son xəbərlər

Orphus sistemi