MN: "Ehtiyatda olan hərbi vəzifəlilərin təlim toplanışları iyulun 23-dək davam edəcək"

MN: "Ehtiyatda olan hərbi vəzifəlilərin təlim toplanışları iyulun 23-dək davam edəcək" Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına əsasən "N" hərbi hissəsində hərbi vəzifəlilərin təlim toplanışı davam edir. Hərbi vəzifəlilər ssenariyə uyğun olaraq şərti düşmənin kəşfiyyat-diversiya qruplarının zərərsizləşdirilməsi
Hərbi
16 iyul 2022 07:41
MN: Ehtiyatda olan hərbi vəzifəlilərin təlim toplanışları iyulun 23-dək davam edəcək

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına əsasən "N" hərbi hissəsində hərbi vəzifəlilərin təlim toplanışı davam edir.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, hərbi vəzifəlilər ssenariyə uyğun olaraq şərti düşmənin kəşfiyyat-diversiya qruplarının zərərsizləşdirilməsi üzrə döyüş tapşırıqlarını yerinə yetiriblər.

Ehtiyatda olan hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlim toplanışları iyulun 23-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi