Azərbaycan Ordusunda hərbi topoqrafların təlim-metodiki toplanışı keçirilir

Azərbaycan Ordusunda hərbi topoqrafların təlim-metodiki toplanışı keçirilir Bakı. 9 yanvar. REPORT.AZ/ Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun 2019-cu tədris ili üçün təsdiq etdiyi plana əsasən, Azərbaycan Ordusunun topogeodeziya təminatının təşkili və hidroqrafiya işi ixtisaslı hərbi qulluqçuları ilə təlim-metodiki toplanış keçirilir.
Hərbi
9 Yanvar , 2019 15:49
Azərbaycan Ordusunda hərbi topoqrafların təlim-metodiki toplanışı keçirilir

Bakı. 9 yanvar. REPORT.AZ/ Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun 2019-cu tədris ili üçün təsdiq etdiyi plana əsasən, Azərbaycan Ordusunun topogeodeziya təminatının təşkili və hidroqrafiya işi ixtisaslı hərbi qulluqçuları ilə təlim-metodiki toplanış keçirilir.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, naviqasiya və Kartoqrafiya İdarəsinin rəisi, 1-ci dərəcəli kapitan Davud Bağırlı Nazirliyin rəhbərliyi tərəfindən 2019-cu ildə qarşıya qoyulan tapşırıqları, eləcə də təşkil olunan toplanışda ixtisas üzrə məşğələlərin, fiziki, praktiki və test sınaqlarının müvafiq qaydada keçirilməsi ilə bağlı tövsiyələri şəxsi heyətə çatdırıb. 

Son xəbərlər

Orphus sistemi