Hərbi təyyarə və helikopterlər parada hazırlıq çərçivəsində növbəti uçuşlar keçiriblər

Hərbi təyyarə və helikopterlər parada hazırlıq çərçivəsində növbəti uçuşlar keçiriblər Bakı. 15 iyun. REPORT.AZ/ Azərbaycan ordusunun paradına hazırlıq çərçivəsində növbəti məşq keçirilib.
Hərbi
15 İyun , 2018 10:03
Hərbi təyyarə və helikopterlər parada hazırlıq çərçivəsində növbəti uçuşlar keçiriblər

Bakı. 15 iyun. REPORT.AZ/ Azərbaycan ordusunun paradına hazırlıq çərçivəsində növbəti məşq keçirilib. 

“Report” xəbər verir ki, hərbi təyyarə və helikopterlər Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi ilə bağlı keçiriləcək tədbirlərə hazırlıq çərçivəsində Bakı şəhəri üzərində növbəti uçuşlar keçiriblər.

Hərbi helikopterlər Azərbaycan bayrağı və üzərində ümummilli lider Heydər Əliyevin portreti olan bayraq daşıyıblar. Helikopterlər, əsasən, paradın keçiriləcəyi "Azadlıq" meydanı üzərindən uçublar.

Müdafiə Nazirliyindən "Report"a bildiriblər ki, Hərbi Hava Qüvvələrinin döyüş təyyarə və helikopterləri Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə əlaqədar bayram tədbirlərinə hazırlıq məqsədilə uçuşlar keçirir.

Son xəbərlər

Orphus sistemi