Hərbi Qənimətlər Parkının saytı hazırlanır

Hərbi Qənimətlər Parkının saytı hazırlanır Parkın saytı tezliklə istifadəyə veriləcək
Hərbi
367
12 Aprel , 2021 17:10
Hərbi Qənimətlər Parkının saytı hazırlanır

Bakıda yenicə açılışı olan Hərbi Qənimətlər Parkının internet resursu hazırlanıb.

"Report"un xəbərinə görə, parkın saytı tezliklə istifadəyə veriləcək.

Saytda Vətən müharibəsi, Hərbi Qənimətlər Parkı, Parkda nümayiş olunan hərbi texnikalar, qənimətlər və s. barədə məlumatlar öz əksini tapacaq.

Qeyd edək ki, Hərbi Qənimətlər Parkı - 27 sentyabr - 10 noyabr 2020-ci il tarixlərində baş verən İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycan Ordusunun əldə etdiyi hərbi qənimətlərin sərgiləndiyi parkdır. Prezident İlham Əliyev aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib.

Son xəbərlər

Orphus sistemi