Hərbi pilot Rəşad Atakişiyev dəfn edilib - FOTO

Hərbi pilot Rəşad Atakişiyev dəfn edilib - FOTO Təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin həlak olan pilotu polkovnik-leytenant Rəşad Atakişiyev dəfn edilib.
Hərbi
21 Avqust , 2019 11:36
Hərbi pilot Rəşad Atakişiyev dəfn edilib - FOTO

Təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin həlak olan pilotu polkovnik-leytenant Rəşad Atakişiyev dəfn edilib.

“Report” xəbər verir ki, vida mərasimindən sonra R.Atakişiyevin nəşi II Fəxri xiyabana gətirilib. Hərbi pilot burada torpağa tapşırılıb.

Azərbaycanın dövlət himni səsləndirilib, yaylım atəşi açılıb.

Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov pilot R.Atakişiyevin tabutunun üzərinə sərilmiş Azərbaycanın dövlət bayrağını onun həyat yoldaşına təqdim edib.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi