Hərbi institutun orkestr heyəti Türkiyədə beynəlxalq festivalda iştirak edir

Hərbi institutun orkestr heyəti Türkiyədə beynəlxalq festivalda iştirak edir Türkiyənin Bursa Beynəlxalq Orkestrlər Festivalında iştirak etmək üçün Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestr heyəti qardaş ölkədə səfərdədir. Müxtəlif ölkələrin hərbi orkestrlərinin iştirakı ilə keçirilən festivalda ölkəmizi Hərbi İnstitutun
Hərbi
30 Sentyabr , 2023 11:04
Hərbi institutun orkestr heyəti Türkiyədə beynəlxalq festivalda iştirak edir

Türkiyənin Bursa Beynəlxalq Orkestrlər Festivalında iştirak etmək üçün Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestr heyəti qardaş ölkədə səfərdədir.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Müxtəlif ölkələrin hərbi orkestrlərinin iştirakı ilə keçirilən festivalda ölkəmizi Hərbi İnstitutun Hərbi Orkestrinin rəisi hərbi dirijor polkovnik-leytenant Fariz Məmmədzadənin rəhbərlik etdiyi 35 nəfərlik nümayəndə heyəti təmsil edir.

Beynəlxalq festival oktyabrın 1-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi