Hərbi hissənin yaradılmasının 160 illiyi münasibətilə tədbir keçirilib

Hərbi hissənin yaradılmasının 160 illiyi münasibətilə tədbir keçirilib Noyabrın 30-da Hərbi Dəniz Qüvvələrinin tabeliyində olan “N” hərbi hissənin yaradılmasının 160 illiyi ilə əlaqədar tədbir keçirilib. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların
Hərbi
30 Noyabr , 2022 17:44
Hərbi hissənin yaradılmasının 160 illiyi münasibətilə tədbir keçirilib

Noyabrın 30-da Hərbi Dəniz Qüvvələrinin tabeliyində olan “N” hərbi hissənin yaradılmasının 160 illiyi ilə əlaqədar tədbir keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbriki oxunub.

Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Sübhan Bəkirov geniş məruzə ilə çıxış edərək hərbi hissənin yaranma zərurətindən, fəaliyyətindən, misilsiz töhfələrdən söz açıb və şəxsi heyəti təbrik edib.

Digər çıxış edənlər də ulu öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində apardığı siyasətin bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulayıblar.

Sonda xidmətdə fərqlənən və yüksək nizam-intizamı ilə seçilən şəxsi heyətin bir qrupu mükafatlandırılıb.

Son xəbərlər

Orphus sistemi