Hərbi hissələrdə andiçmə mərasimlərinə valideynlər buraxılmayacaq

Hərbi hissələrdə andiçmə mərasimlərinə valideynlər buraxılmayacaq Ölkəmizdə mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub.
Hərbi
11 fevral 2025 07:07
Hərbi hissələrdə andiçmə mərasimlərinə valideynlər buraxılmayacaq

Hərbi hissələrdə andiçmə mərasimlərinə valideynlər buraxılmayacaq.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ölkəmizdə mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub:

"İctimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı, xüsusilə andiçmə mərasimləri zamanı hərbi hissələrə gəlməməyi xahiş edirik".

Son xəbərlər

Orphus sistemi