Hərbi hissələrdə “Açıq qapı” günü keçiriləcək

Hərbi hissələrdə “Açıq qapı” günü keçiriləcək Bakı. 1 mart. REPORT.AZ/ Novruz bayramı ərəfəsində - martın 17-də Azərbaycan Ordusunun tabeliyində olan bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü tədbirləri keçiriləcək.
Hərbi
1 Mart , 2019 15:57
Hərbi hissələrdə “Açıq qapı” günü keçiriləcək

Bakı. 1 mart. REPORT.AZ/ Novruz bayramı ərəfəsində - martın 17-də Azərbaycan Ordusunun tabeliyində olan bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü tədbirləri keçiriləcək.

Bu barədə “Report”a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, əsgər yaxınları, ictimaiyyət nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış, məişət şəraiti ilə tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkəcəklər.

“Açıq qapı” günündə hərbi hissələrin komandanlığının valideynlərlə görüşləri təşkil olunacaq, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.

Son xəbərlər

Orphus sistemi