“Təlimlərdə ehtiyat silahlardan istifadə edilməsi fikirləri tamamilə əsassızdır” - RƏY

“Təlimlərdə ehtiyat silahlardan istifadə edilməsi fikirləri tamamilə əsassızdır” - RƏY “Son vaxtlar erməni siyasətçiləri və hərbi ekspertlərinin işlətdikləri bütün fikirləri Ermənistan cəmiyyətinə yönəlib. Onlar Azərbaycan və ordumuzla bağlı qorxunc bir fikir formalaşdırmaqla sülh danışıqlarına xələl gətirmək istəyirlər. Azərbaycan Ordusunun hərbi təlimlərinin məqsədinin erməniləri öldürməyə yönəldilməsi olduğunu kimi fikirlər səsləndirirlər”.
Hərbi
325
4 Mart , 2020 14:12
“Təlimlərdə ehtiyat silahlardan istifadə edilməsi fikirləri tamamilə əsassızdır” - RƏY
mod.gov.az

“Son vaxtlar erməni siyasətçiləri və hərbi ekspertlərinin işlətdikləri bütün fikirləri Ermənistan cəmiyyətinə yönəlib. Onlar Azərbaycan və ordumuzla bağlı qorxunc bir fikir formalaşdırmaqla sülh danışıqlarına xələl gətirmək istəyirlər. Azərbaycan Ordusunun hərbi təlimlərinin məqsədinin erməniləri öldürməyə yönəldilməsi olduğunu kimi fikirlər səsləndirirlər”.

Bunu “Report” açıqlamasında hərbi-siyasi icmalçı, ehtiyatda olan zabit Ramil Məmmədli deyib.

O bildirib ki, martın 2-də Qoşunların 2020-ci tədris ilinin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusu genişmiqyaslı komanda-qərargah təlimlərinə başlayıb:

nbsp;

"Ordumuz hər an torpaqlarımızı işğaldan azad etməyə hazır vəziyyətdədir. Heç bundan ötrü də ehtiyat silahlardan istifadə etməyə ehtiyac yoxdur".

Ramil Məmmədli

Hərbi ekspert

“Martın 6-dək davam edəcək təlimlər informasiya texnologiyalarının geniş tətbiqi, həmçinin heyətlərin, vaxt göstəriciləri və qəbul edilən qərarların icrası planlarının yoxlanılmasının müvafiq idarəetmə orqanları ilə dəqiqləşdirilməsi ilə ərazi, xəritə və ərazinin maketi üzərində icra olunacaq”.

Onun sözlərinə görə, hazırki təlimlərdə Azərbaycan Ordusunun ehtiyat silahlardan istifadə etməsi kimi fikirlər tamamilə əsassızdır:

“Əlbəttə ki, Azərbaycan Ordusunun təlimlərində işğal olunmuş ərazilərin azad olunması istiqamətində əməliyyatların və hazırlıqların aparılması kimi məsələlər bir nömrəlidir. Bu da təbii haldır. Çünki Ermənistan ordusu tərəfindən Azərbaycanın 20 faizə yaxın ərazisi işğal edilib. Bu ərazilərin işğaldan azad edilməsi ilə bağlı da təlimlərin keçirilməsi təbiidir. Hesab edirəm ki, hazırki təlimlərdə Azərbaycan Ordusunun ehtiyat silahlardan istifadə etməsi kimi Ermənistan tərəfinin fikirləri beynəlxalq ictimaiyyət və təşkilatlarda Azərbaycan haqqında işğalçı imici yaratmaq məqsədi daşıyır. Bunlar isə həqiqətə uyğun olmayan fikirlərdir. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclüləri sırasındadır. Ordumuz hər an torpaqlarımızı işğaldan azad etməyə hazır vəziyyətdədir. Heç bundan ötrü də ehtiyat silahlardan istifadə etməyə ehtiyac yoxdur”.

Son xəbərlər

Orphus sistemi