Hərbi birlikdə təlim-metodiki toplantı keçirilib - VİDEO

Hərbi birlikdə təlim-metodiki toplantı keçirilib - VİDEO Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına əsasən, hərbi birliyin birləşmə və hərbi hissələrinin tabor komandirləri və onların müavinləri ilə təlim-metodiki toplantı keçirilib.
Hərbi
27 Avqust , 2019 13:20
Hərbi birlikdə təlim-metodiki toplantı keçirilib - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına əsasən, hərbi birliyin birləşmə və hərbi hissələrinin tabor komandirləri və onların müavinləri ilə təlim-metodiki toplantı keçirilib.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Hərbi qulluqçuların döyüş hazırlığı üzrə nəzəri bilikləri, praktiki vərdişləri, sürücülük və atəş bacarıqları yoxlanılıb.
Toplantının praktiki hissəsində gecə şəraitində keçirilən döyüş atışlı təlim zamanı tabor komandirləri və onların müavinləri bölmələrin və atəşin idarə edilməsi üzrə tapşırıqları icra ediblər.

Son xəbərlər

Orphus sistemi