Hərbi attaşelərin Şuşa şəhərinə səfəri təşkil edilib

Hərbi attaşelərin Şuşa şəhərinə səfəri təşkil edilib Ölkəmizdə akkreditə olunmuş xarici ölkələrin hərbi attaşelərinin Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra Şuşa şəhərinə ilk səfəri təşkil edilib.
Hərbi
24 sentyabr 2023 12:15
Hərbi attaşelərin Şuşa şəhərinə səfəri təşkil edilib

Ölkəmizdə akkreditə olunmuş xarici ölkələrin hərbi attaşelərinin Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra Şuşa şəhərinə ilk səfəri təşkil edilib.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Hərbi attaşelər Şuşa rayonu ərazisində Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus tərk edilmiş dayaq məntəqəsinə baxış keçiriblər.

Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri tərəfindən nümayəndə heyətinə antiterror tədbirlərindən sonra müsadirə olunmuş döyüş texnikası, hərbi avadanlıqlar və silah-sursat haqqında məlumat verilib və videoçarx nümayiş etdirilib.

Son xəbərlər

Orphus sistemi