“Hərbi aşpaz hazırlığı” kursu başa çatıb

“Hərbi aşpaz hazırlığı” kursu başa çatıb Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün fəaliyyət planına əsasən, “Hərbi aşpaz hazırlığı kursu”nu müvəffəqiyyətlə bitirən məzunların buraxılış mərasimi keçirilib.
Hərbi
19 Mart , 2020 12:51
“Hərbi aşpaz hazırlığı” kursu başa çatıb

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün fəaliyyət planına əsasən, “Hərbi aşpaz hazırlığı kursu”nu müvəffəqiyyətlə bitirən məzunların buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, hazırlıq kursunda aşpazlara qidanın düzgün hazırlanması qaydaları, ərzaq məhsullarının emalı zamanı əmələ gələn tullantıların normaları, texnoloji avadanlıqlardan düzgün istifadə edilməsi, sanitariya-gigiyena tələblərinə ciddi riayət olunması və digər mövzular üzrə dərslər keçirilib.

Kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara və mülki işçilərə sertifikatlar təqdim edilib.

Son xəbərlər

Orphus sistemi