Hərbi Akademiyanın yaranmasının 20-ci ildönümü qeyd olunub - VİDEO

Hərbi Akademiyanın yaranmasının 20-ci ildönümü qeyd olunub - VİDEO Bakı. 21 fevral. REPORT.AZ/ Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Silahlı Qüvvələrinin Hərbi Akademiyasının yaranmasının 20-ci ildönümünə həsr olunan tədbir keçirilib.
Hərbi
21 Fevral , 2019 13:15
Hərbi Akademiyanın yaranmasının 20-ci ildönümü qeyd olunub - VİDEO
0 : 00
0 : 00

Bakı. 21 fevral. REPORT.AZ/ Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Silahlı Qüvvələrinin Hərbi Akademiyasının yaranmasının 20-ci ildönümünə həsr olunan tədbir keçirilib.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın azad edilməsi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Təntənəli mərasimdə çıxış edən akademiyanın rəisi general-leytenant Heydər Piriyev ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə inkişafı davam etdirilən ordumuzun gücünün və potensialının mühüm göstəricilərindən biri olan zabit kadrlarının müasir tələblərə cavab verən peşə hazırlığından danışıb və son illər bu sahədə əldə edilən uğurları vurğulayıb.

Sonra tədbirdə çıxış edənlər ordu quruculuğu sahəsində atılan uğurlu addımlardan danışaraq ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə akademiya məzunlarının göstərdikləri qəhrəmanlıq və igidlik nümunələrini qeyd ediblər.

Sonda bir qrup hərbi qulluqçu və mülki şəxs qiymətli hədiyyə və fəxri fərmanla mükafatlandırılıb.

Tədbir Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivinin konsert proqramı ilə sona çatıb.

Son xəbərlər

Orphus sistemi