Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 102-ci ildönümü münasibətilə Şahdağ zirvəsinə “Bir əsr Vətən keşiyində” adlı alpinizm ekspedisiyası təşkil olunub.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.
Ekspedisiya çərçivəsində Hərbi Hava Qüvvələrinin zabitləri - polkovnik-leytenant Zal Nəbiyev və baş leytenant Ülvi Məmmədli, həmçinin Azərbaycan Alpinizm Federasiyasının alpinisti Nemət Ağayev Quba rayonu ərazisindəki Şahdağ zirvəsinə yürüş ediblər.
Dəniz səviyyəsindən 4 243 metr yüksəklikdə yerləşən Şahdağ zirvəsinə qalxan alpinistlər burada Azərbaycan Respublikasının üçrəngli bayrağını, Azərbaycan Ordusunun və Hərbi Hava Qüvvələrinin bayraqlarını dalğalandırıblar.


