Hərbçilərə yüksək hərbi mükafatlar təqdim edilib

Hərbçilərə yüksək hərbi mükafatlar təqdim edilib "Həm İkinci, həm də Birinci Qarabağ müharibəsinin şəhidlərinin qanını döyüş meydanında aldıq"
Hərbi
484
12 Aprel , 2021 17:31
Hərbçilərə yüksək hərbi mükafatlar təqdim edilib

“Əziz hərbçilər, bu gün sizə dövlətimizin yüksək hərbi mükafatları təqdim edilir. Bu mükafatlar müharibədən sonra mənim təşəbbüsümlə təsis edilmişdir. Mükafatların adlarını da özüm vermişəm – “Vətən müharibəsi qəhrəmanı” ulduzu, “Zəfər” və “Qarabağ” ordenləri yeni təsis edilmiş yüksək hərbi mükafatlardır”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edərkən deyib.

“Xahiş edirəm ki, təntənəli mərasimimizin əvvəlində Vətən müharibəsində qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Əyləşin. Allah onların yaxınlarına səbir versin. Şəhidlərimizin yaxınları üçün təsəlli odur ki, onlar öz canlarını Vətən uğrunda qurban verdilər. Təsəlli odur ki, torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Eyni zamanda, təsəlli odur ki, şəhidlərimizin intiqamını biz döyüş meydanında aldıq. Şəhidlərimizin qanı yerdə qalmadı. Həm İkinci, həm də Birinci Qarabağ müharibəsinin şəhidlərinin qanını döyüş meydanında aldıq, o cümlədən günahsız insanların, Xocalı qurbanlarının, digər mülki şəxslərin intiqamını düşməndən döyüş meydanında aldıq. Biz döyüşərək, vuruşaraq, qan tökərək tarixi ədaləti bərpa etdik, ərazi bütövlüyümüzü bərpa etdik, düşməni torpaqlarımızdan qovduq”, - Prezident bildirib.

Son xəbərlər

Orphus sistemi