Azərbaycan hərbçiləri S-300 PMU zenit raket kompleksləri ilə təlim keçir - VİDEO

Azərbaycan hərbçiləri S-300 PMU zenit raket kompleksləri ilə təlim keçir - VİDEO S-300 PMU zenit raket komplekslərinin heyətləri şərti düşmənin hava hədəflərini aşkar edərək məhv edir
Hərbi
197
14 Oktyabr , 2016 16:48
Azərbaycan hərbçiləri S-300 PMU zenit raket kompleksləri ilə təlim keçir - VİDEO

Bakı. 14 oktyabr. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən hava hücumundan müdafiə hərbi hissələrində döyüşə hazırolma səviyyəsi yoxlanılır və tapşırıqların dəqiqləşdirilməsi həyata keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Report”a daxil olan məlumata görə, intensiv təlim-məşqlərdə hava hücumundan müdafiə birləşmələri və hərbi hissələri, o cümlədən müasir S-300 PMU zenit raket komplekslərinin heyətləri şərti düşmənin hava hədəflərini aşkar etmək, tanımaq, avtomatik izləməyə götürmək və şərti atəşlə məhv etmək kimi praktiki məşqləri icra edirlər.

Son xəbərlər

Orphus sistemi