Bakı. 17 sentyabr. REPORT.AZ/ Azərbaycan "Global Firepower" təşkilatının hərbi gücə görə açıqladığı reytinq siyahısında 126 dövlət arasında 63-cü yerdədir.
"Report" xəbər verir ki, bu haqda təşkilatın saytında bildirilib.
Məlumata görə, Türkiyə bu siyahıda 10-cu, Ermənistan 74-cü, Gürcüstan 75-ci yerdədir.
İlk üç yeri isə ABŞ, Rusiya və Çin tutur.
Reytinqin müəyyənləşdirilməsində 50 amil, o cümlədən, hərbi texnikanın sayı, insan resursları, müdafiə xərcləri, infrastrukturun miqyası nəzərə alınıb.