Bakı. 27 oktyabr. REPORT.AZ/ “Bu gün Azərbaycanda silah-sursat, texnika və əsgərlərin hazırlığı yüksək səviyyədədir”. “Report”un xəbərinə görə, bunu Şəmkir Hərbi Birləşməsinin komandiri, general-leytenant Rövşən Əkbərov deyib.
“Mövcud hazırlıq bizə Ali Baş Komandan, Prezident İlham Əliyevin tapşırıqlarını yerinə yetirməyə imkan verir”, - R.Əkbərov bildirib.