General: "Hazırda Eyvazlı Sərhəd Nəzarət postunda sıxlıq olmasa da, hərəkət var"

General: "Hazırda Eyvazlı Sərhəd Nəzarət postunda sıxlıq olmasa da, hərəkət var" “Azad edilən ərazilərdə artıq 3 buraxılış məntəqəsi fəaliyyətə başlayıb. Onlardan biri də Füzuli Beynəlxalq Hava Limanıdır. Eyvazlı Sərhəd Nəzarət postunda hərəkət var. Ermənistan tərəfi alternativ yollardan da istifadə etməklə müəyyən hərəkət edirlər".
Hərbi
16 Avqust , 2022 11:25
General: Hazırda Eyvazlı Sərhəd Nəzarət postunda sıxlıq olmasa da, hərəkət var
Abbas Xəlilov

“Azad edilən ərazilərdə artıq 3 buraxılış məntəqəsi fəaliyyətə başlayıb. Onlardan biri də Füzuli Beynəlxalq Hava Limanıdır. Eyvazlı Sərhəd Nəzarət postunda hərəkət var. Ermənistan tərəfi alternativ yollardan da istifadə etməklə müəyyən hərəkət edirlər".

“Report”un xəbərinə görə, bu fikirləri Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Abbas Xəlilov bu gün keçirilən mətbuat konfransında deyib.

"Ancaq onlar hər kəsi alternativ yollardan istifadə etməyə məcbur edə bilmirlər, hərəkət var. DSX və müvafiq qurumlar tərəfindən işlər davam etdirilir. Hazırda Eyvazlı Sərhəd Nəzarət postunda sıxlıq olmasa da, hərəkət var”, - A.Xəlilov vurğulayıb.

Son xəbərlər

Orphus sistemi