Gənc kursantların çöl çıxışları başlayıb - VİDEO

Gənc kursantların çöl çıxışları başlayıb - VİDEO Gənc kursantların hazırlığı planına uyğun olaraq Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin birinci kurs kursantlarının “Qaraheybət” təlim mərkəzinə çöl çıxışları başlayıb.
Hərbi
29 Avqust , 2019 17:56
Gənc kursantların çöl çıxışları başlayıb - VİDEO

Gənc kursantların hazırlığı planına uyğun olaraq Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin birinci kurs kursantlarının “Qaraheybət” təlim mərkəzinə çöl çıxışları başlayıb.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, tədris prosesinin təqvim qrafiki əsasında səhra şəraitində keçirilən məşğələlərdə kursantlar döyüş meydanında hədəflərin aşkar edilərək atəşlə məhv edilməsi, silahlanmadakı müxtəlif silah nümunələrindən istifadə vərdişləri, eləcə də taktiki hazırlıq və hərbi topoqrafiya dərsləri üzrə digər tapşırıqları icra edirlər.

Çalışmaların yekununda kursantların hazırlığı əldə etdikləri nəticəyə əsasən qiymətləndiriləcək.

Son xəbərlər

Orphus sistemi