Azərbaycanda gələn il hərbi və təhlükəsizlik sahəsinə ayrılan vəsait açıqlanıb

Azərbaycanda gələn il hərbi və təhlükəsizlik sahəsinə ayrılan vəsait açıqlanıb Gələn ilin dövlət büdcəsindən Azərbaycanın hərbi və təhlükəsizliyi üçün nəzərdə tutulan xərclərin vəsaiti məlum olub.
Hərbi
402
27 Oktyabr , 2021 09:32
Azərbaycanda gələn il hərbi və təhlükəsizlik sahəsinə ayrılan vəsait açıqlanıb

Gələn ilin dövlət büdcəsindən Azərbaycanın hərbi və təhlükəsizlik sahəsinə ayrılan vəsaitin məbləği məlum olub.

“Report” xəbər verir ki, bu, 2022-ci ilin dövlət büdcəsinin layihəsində əksini tapıb.

Belə ki, gələn il dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik istiqamətləri üzrə 4 milyard 489 milyon 892 min 429 manat vəsait ayrılıb.

2022-ci ildə müdafiə qüvvələri istiqamətləri üzrə 2 milyard 153 milyon 165 min 727 manat, milli təhlükəsizlik istiqamətləri üzrə 285 milyon 501 min 146 manat, sərhəd xidməti istiqamətləri üzrə 441 milyon 585 min 091 manat, müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar istiqamətləri üzrə 4 milyon 119 min 118 manat, müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər istiqamətləri üzrə 1 milyard 605 milyon 521 min 347 manat, xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə 1 milyard 600 milyon 442 min 500 manat vəsaitin ayrılması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi