MN: "Ermənistan sərhəddə canlı qüvvə və döyüş texnikası cəmləşdirir, təxribata zəmin yaradır"

MN: "Ermənistan sərhəddə canlı qüvvə və döyüş texnikası cəmləşdirir, təxribata zəmin yaradır" Basarkeçər rayonunun Zod istiqamətində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirən Ermənistan silahlı qüvvələri bölmələrinin aktivliyi tərəfimizdən müşahidə edilir.
Hərbi
11 may 2023 06:34
MN: Ermənistan sərhəddə canlı qüvvə və döyüş texnikası cəmləşdirir, təxribata zəmin yaradır

Basarkeçər rayonunun Zod istiqamətində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirən Ermənistan silahlı qüvvələri bölmələrinin aktivliyi tərəfimizdən müşahidə edilir.

Bu barədə "Report"a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

"Bununla qarşı tərəf növbəti təxribata zəmin yaratmağa cəhd göstərir. Bir daha bildiririk ki, bölgədə yaranmış gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi