Azərbaycan MN: Ermənistan Gədəbəy istiqamətində atəşkəsi pozub

Azərbaycan MN: Ermənistan Gədəbəy istiqamətində atəşkəsi pozub Gədəbəy rayonunun Zamanlı kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutulub.
Hərbi
10 İyul , 2021 11:51
Azərbaycan MN: Ermənistan Gədəbəy istiqamətində atəşkəsi pozub

İyulun 9-da saat 21:05 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu ərazisində yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Son xəbərlər

Orphus sistemi