Ermənistan silahlı bölmələri atəşkəsi 125 dəfə pozub

Ermənistan silahlı bölmələri atəşkəsi 125 dəfə pozub Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub
Hərbi
27 May , 2017 09:52
Ermənistan silahlı bölmələri atəşkəsi 125 dəfə pozub

Bakı. 27 may. REPORT.AZ/ Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 60 millimetrlik minaatanlardan da (7 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 125 dəfə pozub.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində, Berd rayonunun Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Şıxlar, Qaraqaşlı, Baş Qərvənd, Cəvahirli, Kəngərli, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz və Aşağı Veysəlli kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Son xəbərlər

Orphus sistemi