Ermənistan helikopterini vuran hərbi qulluqçu mükafatlandırılıb

Ermənistan helikopterini vuran hərbi qulluqçu mükafatlandırılıb MN: Düşmən helikopterlərdən biri vurulub, digəri isə atəş zonasından yayınaraq uzaqlaşıb
Hərbi
12 Noyabr , 2014 20:17
Ermənistan helikopterini vuran hərbi qulluqçu mükafatlandırılıb

Bakı. 12 noyabr. REPORT.AZ/ Ermənistan hərbi helikopterini məhv edən hərbçi mükafatlandırılıb. "Report"un Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, manqa komandiri Muradov İlkin Məmməd oğlu hərbi xidmətdə sayıqlıq və igidlik göstərərək düşmənin Mi-24 tipli döyüş helikopterini vurduğuna görə müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib və qiymətli hədiyyə ilə mükafatlandırılıb.

Müdafiə Nazirliyi əlavə olaraq bildirir ki, düşmənin döyüş cütlüyündən ibarət helikopterlərdən biri vurulub, digəri isə atəş zonasından yayınaraq uzaqlaşıb. İlkin məlumata görə, düşmənin məhv edilmiş helikopterində olan 3 hərbi qulluqçusu həlak olub.

Son xəbərlər

Orphus sistemi