2020-ci il üçün hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun tank bölmələrinin intensiv döyüş hazırlığı məşğələləri davam edir.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.
Çöl məşqləri zamanı heyətlərin bacarığı və uyarlığı yoxlanılıb, hərəkətdə olan şərti düşmən hədəflərinə döyüş atışları icra olunub.
Bundan əlavə, şəxsi heyət döyüş maşınlarının idarə olunması üzrə praktiki təlim tapşırıqlarını icra edib.





