Elçin Quliyev: "Onların hər biri şəhidlik zirvəsinə ucalaraq xalqın başını uca etdilər"

Elçin Quliyev: "Onların hər biri şəhidlik zirvəsinə ucalaraq xalqın başını uca etdilər" “Silahdaşlarımızı itirdik. Bu itki çox ağırdır. Onların hər biri şəhidlik zirvəsinə ucalaraq ocaqlarının başını uca etdilər”.
Hərbi
410
1 Dekabr , 2021 13:19
Elçin Quliyev: Onların hər biri şəhidlik zirvəsinə ucalaraq xalqın başını uca etdilər
Elçin Quliyev

“Silahdaşlarımızı itirdik. Bu itki çox ağırdır. Onların hər biri şəhidlik zirvəsinə ucalaraq xalqın başını uca etdilər”.

“Report”un xəbərinə görə, bu fikirləri DSX rəisi, general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olan hərbçilərlə vida mərasimində çıxışı zamanı deyib.

“Şəhid olan hərbi qulluqçularımızın ailələrinə başsağlığı verirəm. Əmin ola bilərsiniz ki, onların xatirəsi daima yaşayacaq. Bütün şəhidlərin valideynləri qarşısında baş əyirəm”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi