Elçin Quliyev gürcüstanlı həmkarı ilə sərhəddəki vəziyyəti müzakirə edib

Elçin Quliyev gürcüstanlı həmkarı ilə sərhəddəki vəziyyəti müzakirə edib Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev və Gürcüstan Sərhəd Po­lisinin rəisi Teymuraz Kekelidzenin başçılıq etdiyi nümayəndə heyət­lərinin “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədində işçi gö­rüşü ke­çirilib.
Hərbi
177
7 May , 2019 09:34
Elçin Quliyev gürcüstanlı həmkarı ilə sərhəddəki vəziyyəti müzakirə edib

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev və Gürcüstan Sərhəd Po­lisinin rəisi Teymuraz Kekelidzenin başçılıq etdiyi nümayəndə heyət­lərinin “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədində işçi gö­rüşü ke­çirilib. 

DSX-nin Mətbuat Mərkəzindən "Report"a verilən məlumata görə, görüş zamanı Azərbaycan-Gürcüstan dövlət sərhədində əməliyyat şəraiti, sərhəd təhlükəsizliyinə qarşı təhdidlərlə birgə mübarizə aparılması, məlumat və təcrübə mübadiləsinin davam etdirilməsi, əməkdaşlıq əlaqələ­rinin inkişaf etdirilməsi məsələləri müzakirə olunub. 

Tərəflər ikitərəfli əməkdaşlığın inkişaf dinamikasını müsbət qiymət­ləndirib, Azərbaycan və Gürcüstan sərhəd qurumları arasında mövcud mü­nasibətlərin səviyyəsinin dövlət sərhədində qanunsuz fəaliyyətlərin qarşısının alınması üzrə məsələlərin birgə həll edilməsinə töhfə verdiyini vurğulayıb. 

Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçib. 

Son xəbərlər

Orphus sistemi