Elçin Quliyev: "Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası daimi olaraq yenilənir"

Elçin Quliyev: "Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası daimi olaraq yenilənir" "Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası daimi olaraq yenilənir".
Hərbi
18 Avqust , 2022 09:18
Elçin Quliyev: Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası daimi olaraq yenilənir
Elçin Quliyev

"Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası daimi olaraq yenilənir".

"Report" xəbər verir ki, bu fikir Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyevin rəsmi qəzetdə yer alan məqaləsində öz əksini tapıb.

"Sərhəd bölmələri müasir silahlarla, döyüş texnikaları ilə, xüsusi avadanlıqlarla, yüksək manevrli və keçid qabiliyyətli nəqliyyat, sualtı əməliyyat və müşahidə vasitələrilə, istehkam avadanlıqları və qoruyucu vasitələrlə təmin edilirlər. Dövlət sərhədlərinin etibarlı mühafizəsi həlledici dərəcədə sərhədçilərin peşəkarlığından, sərhəd bölmələrinin peşəkar kadr heyəti ilə komplektləşməsindən asılıdır. Dövlət Sərhəd Xidmətinin fəaliyyətində kadr hazırlığı çox əhəmiyyətli və xüsusi diqqət yetirilən bir sahədir", - məqalədə qeyd olunub.

Son xəbərlər

Orphus sistemi