Əlahiddə Ümumqoşun Ordunun tank birləşmələrində məşğələlər keçirilir

Əlahiddə Ümumqoşun Ordunun tank birləşmələrində məşğələlər keçirilir Müxtəlif manevrlər və atışlar həyata keçirilir
Hərbi
278
12 Mart , 2021 18:06
Əlahiddə Ümumqoşun Ordunun tank birləşmələrində məşğələlər keçirilir

Əlahiddə Ümumqoşun Ordunun tankçıları gecə və gündüz şəraitində keçirilən məşğələlərdə peşəkarlıq nümayiş etdirirlər.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, Əlahiddə Ümumqoşun Ordunun tank birləşmələrində keçirilən məşğələlərdə əsas diqqət şəxsi heyətin çətin relyefli ərazilərdə zirehli tank texnikalarını idarə edərək döyüş meydanında hədəfləri məhv etmək vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.

Təlim mərkəzlərində sürücülük və atəş bacarıqları yoxlanılan heyətlər zirehli texnikanın ərazidə təbii və süni maneələri dəf etməklə sürülməsini icra edir, müxtəlif manevrlər və atışlar həyata keçirirlər.

Plana uyğun olaraq gecə vaxtı çətin relyef və məhdudgörmə şəraitində təşkil olunan məşğələlərdə ekipajların müasir tank texnikaları ilə minalı sahələrdən, süni və təbii maneələrdən keçməklə atəş tapşırıqlarını yerinə yetirmələri praktiki məşq etdirilir.

Son xəbərlər

Orphus sistemi