Əlahiddə Ümumqoşun Orduda kəşfiyyatçılar arasında yarışlar keçirilib - VİDEO

Əlahiddə Ümumqoşun Orduda kəşfiyyatçılar arasında yarışlar keçirilib - VİDEO Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı kəşfiyyat taqım-qrup komandiri” və “Ən yaxşı kəşfiyyat qrupu” adı uğrunda yarışlar keçirilib.
Hərbi
25 May , 2020 17:27
Əlahiddə Ümumqoşun Orduda kəşfiyyatçılar arasında yarışlar keçirilib - VİDEO

Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı kəşfiyyat taqım-qrup komandiri” və “Ən yaxşı kəşfiyyat qrupu” adı uğrunda yarışlar keçirilib.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Yarışın planına əsasən əvvəlcə sıra baxışı keçirilib və şəxsi heyətin təchizatı yoxlanılıb, iştirakçılara yarışın məqsədi və təhlükəsizlik qaydaları çatdırılıb.

Hərbi hissə və təlim mərkəzlərində keçirilən yarışlarda komadirlərin və şəxsi heyətin nəzəri bilikləri, fiziki hazırlığı və praktiki vərdişləri yoxlanılıb.

Ərazidə maskalanma və hərəkət, gündüzləmə yerinin və mühafizənin təşkili, atıcı silahlardan praktiki atışlar yerinə yetirilib.

Sonda qaliblər Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən mükafatlandırılıblar.

Son xəbərlər

Orphus sistemi