El ağsaqqalları işğaldan azad edilmiş Lələtəpə zirvəsində qurban kəsiblər

El ağsaqqalları işğaldan azad edilmiş Lələtəpə zirvəsində qurban kəsiblər Ağsaqqallar döyüşçülərə xalqımızı yeni-yeni qələbə müjdələri ilə bir daha sevindirməyi arzulayıblar
Hərbi
5 Sentyabr , 2016 19:40
El ağsaqqalları işğaldan azad edilmiş Lələtəpə zirvəsində qurban kəsiblər

Bakı. 5 sentyabr. REPORT.AZ/ Silahlı Qüvvələrdə "Milli-mənəvi dəyərlərə hörmət, dini radikalizmə nifrət!" devizi altında keçirilən silsilə tədbirlər çərçivəsində Muğan bölgəsinin bir qrup ağsaqqalı aprel döyüşləri zamanı düşmən işğalından azad edilmiş zirvələrdə olub və əsgərləri ilə görüşüblər.

"Report"un Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, əvvəlcə Lələtəpədə el qəbiristanlığı ziyarət edilib, 23 ildən çox Azərbaycan əsgərinin yolunu gözləmiş soydaşlarımızın ruhuna "Yasin"duası oxunub.

Daha sonra aprel döyüşlərində iştirak edən əsgərlər və zabitlər bu döyüşlərlə bağlı xatirələri bölüşüblər.

El ağsaqqalları Lələtəpədə qurbanlar kəsib, döyüşçülərə xalqımızı yeni-yeni qələbə müjdələri ilə bir daha sevindirməyi arzulayıblar. 

Son xəbərlər

Orphus sistemi