Ekspertlər: “Hərbi çağırış müddətinin uzadılması orduda problem yaratmayacaq”

Ekspertlər: “Hərbi çağırış müddətinin uzadılması orduda problem yaratmayacaq” Milli Məclisin ötən gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Hərbi
31 Mart , 2020 17:37
Ekspertlər: “Hərbi çağırış müddətinin uzadılması orduda problem yaratmayacaq”

Milli Məclisin ötən gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, Azərbaycanda hərbi çağırış müddəti mayın 31-dək uzadılıb.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aqil Abbas “Report”a açıqlamasında bunu yüksək qiymətləndirdiyini deyib.

O, hazırkı vaxtda belə bir addımın atılmasının vacib olduğunu qeyd edib:

Deputat Aqil Abbas:

"Qapalı məkanda olan və kənar mühitlə təmasın demək olar ki, minimum olduğu bir yerə yeni gedən çağırışçının koronavirus yayması ehtimalı böyükdür".

Aqil Abbas

Deputat

“Düşünürəm ki, belə bir qanun layihəsinin qəbul olunması zəruri idi. Biz bilmirik çağırışçı virus daşıyıcısıdır, ya yox. Qapalı məkanda olan və kənar mühitlə təmasın, demək olar ki, minimum olduğu bir yerə yeni gedən çağırışçının koronavirus yayması ehtimalı böyükdür. Ona görə də bu qərarı düzgün hesab edirəm”.

Hərbi ekspert Ədalət Verdiyev isə indiki vəziyyətdə atıla biləcək başqa bir alternativ addımın olmadığını deyib. O bildirib ki, müharibə vəziyyətində olsaq da, xidmət müddətinin bir ay uzadılması narahatlığa səbəb olmayacaq:

"Düşünürəm ki, xidmət müddətinin bir ay uzadılması narahatlığa səbəb olacaq addım deyil”. 

Ədalət Verdiyev

Hərbi ekspert

“Məsələyə yalnız milli təhlükəsizlik konteksindən baxılmalıdır və tam vaxtında doğru atılmış addımdır.

Eyni zamanda bu məsələyə birtərəfli yanaşmaq olmaz. Əgər çağırışla əlaqədar müddət ləngidilirsə, ordudan tərxis olunma da ləngidilməlidir. Belə olan halda, şəxsi heyət çatışmazlığı ilə qarşılaşmayacağıq. Digər tərəfdən də, indiki vəziyyətdə atıla biləcək başqa bir alternativ addım da yoxdur. Müharibə vəziyyətindəyik, lakin risk etməyə də dəyməz. Düşünürəm ki, xidmət müddətinin bir ay uzadılması narahatlığa səbəb olacaq addım deyil”. 

Son xəbərlər

Orphus sistemi