Müdafiə Nazirliyi: Düşmənin təxribat qrupunun üzvü ələ keçirilib

Müdafiə Nazirliyi: Düşmənin təxribat qrupunun üzvü ələ keçirilib Bölmələrimizin aşkar etdiyi düşmənə qarşı görülən qabaqlayıcı tədbirlər nəticəsində kəşfiyyat qrupu itki verərək geri çəkilməyə məcbur edilib
Hərbi
21 İyun , 2017 08:40
Müdafiə Nazirliyi: Düşmənin təxribat qrupunun üzvü ələ keçirilib

Bakı. 21 iyun. REPORT.AZ/ İyunun 20-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində müdafiə xəttini keçməyə cəhd göstərib.

"Report" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bölmələrimiz tərəfindən aşkar edilən düşmənə qarşı görülən qabaqlayıcı tədbirlər nəticəsində kəşfiyyat qrupu itki verərək geri çəkilməyə məcbur edilib. Təxribat qrupunun bir üzvü ələ keçirilib.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək. 

Son xəbərlər

Orphus sistemi