DTX Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

DTX Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları işğal altında olan torpaqlarımızın azad olunması uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna könüllü olaraq 500 min manat məbləğind
Hərbi
3398
5 Oktyabr , 2020 15:39
DTX Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları işğal altında olan torpaqlarımızın azad olunması uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna könüllü olaraq 500 min manat məbləğində pul vəsaiti ianə ediblər. Hazırda pul vəsaitlərinin köçürülməsi davam edir.

"Report" xəbər verir ki, bu barədə DTX-nin rəsmi saytında məlumat verilib. 

"Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti şanlı Azərbaycan Ordusunun Qarabağ Vətən müharibəsində qələbəsinə əmindir. Qarabağ Azərbaycandır! Zəfər Azərbaycanındır!", - məlumatda vurğulanıb.

Son xəbərlər

Orphus sistemi