Dövlət Sərhəd Xidməti (DSX) hərbi qulluqçular üçün zərdab və vaksin alacaq.
"Report" xəbər verir ki, DSX tibbi sərf materialları, zərdab və vaksinlərin satınalınması məqsədi ilə sorğu elan edib.
Satınalma prosedurunda iştirak etmək istəyənlər aprelin 13-dək DSX-nin Tender Komissiyasına müraciət etməlidir.