DSX rəisi Şəhidlər xiyabanını ziyarət edib

DSX rəisi Şəhidlər xiyabanını ziyarət edib Vətən müharibəsinin ikinci ildönümü münasibətilə sentyabrın 27-də Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev və qurumun şəxsi heyəti II Şəhidlər xiyabanını ziyarət ediblər.
Hərbi
27 Sentyabr , 2022 11:11
DSX rəisi Şəhidlər xiyabanını ziyarət edib

Vətən müharibəsinin ikinci ildönümü münasibətilə sentyabrın 27-də Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev və qurumun şəxsi heyəti II Şəhidlər xiyabanını ziyarət ediblər.

Bu barədə “Report”a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, torpaq­larımızın işğaldan azad olunması uğrunda şəhadətə qovuşan Vətən övladlarının əziz xatirəsi ehtiramla yad olunub, məzarları üzərlərinə gül dəstələri düzülüb.

Son xəbərlər

Orphus sistemi