DSX Gürcüstan sərhədçilərinin sərhəd xəttini 200 metr irəli çəkmələri barədə məlumatlara münasibət bildirib

DSX Gürcüstan sərhədçilərinin sərhəd xəttini 200 metr irəli çəkmələri barədə məlumatlara münasibət bildirib “Bu məlumatlar həqiqətə uyğun deyil”
Hərbi
19 İyul , 2017 10:05
DSX Gürcüstan sərhədçilərinin sərhəd xəttini 200 metr irəli çəkmələri barədə məlumatlara münasibət bildirib

Bakı. 19 iyul. REPORT.AZ/ Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) Gürcüstan sərhədçilərinin sərhəd xəttini 200 metr Azərbaycan ərazisinə doğru irəli çəkmələri barədə yayılan məlumatlara münasibət bildirib.

DSX-nın Mətbuat Mərkəzindən “Report”a bildirilib ki, bu məlumatlar həqiqətə uyğun deyil və internet resurslarında bu kimi yoxlanılmamış məlumatların yayılması yanlış fikirlərin formalaşması, həmçinin əsassız müzakirələrə şərait yaradır.

Qeyd edək ki, son günlər bəzi informasiya resurslarında guya Gürcüstan sərhədçilərinin Samux rayonunun Burunqovaq kəndi istiqamətində sərhəd xəttini təxminən 200 metr Azərbaycan ərazisinə doğru irəli çəkmələri barədə məlumat yayılıb.

Son xəbərlər

Orphus sistemi