Oktyabrın 17-də Qax rayonu Üzümlü kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Gürcüstan vətəndaşı Qoqiçaişvili Davit Quramoviç saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən "Report"a verilən məlumata görə, ilkin araşdırma zamanı sərhəd pozucusunun Azərbaycan
Həmin tarixdə “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində İrandan Azərbaycana gələn Azərbaycan vətəndaşı 1989-cu il təvəllüdlü Kişizadə Qabil Mirəhməd oğlunun üzərinə sərhəd və gömrük baxış keçirilərkən 97 qram narkotik vasitə aşkar olunaraq götürülüb.
Hər 2 fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.