Dövlət Xidmətində “Azərbaycan Xalq Cümhuriyyəti İli” münasibətilə tədbir keçirilib

Dövlət Xidmətində “Azərbaycan Xalq Cümhuriyyəti İli” münasibətilə tədbir keçirilib Bakı. 16 mart. REPORT.AZ/ Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində “Azərbaycan Xalq Cümhuriyyəti İli” münasibəti ilə tədbir keçirilib.
Hərbi
16 Mart , 2018 18:40
Dövlət Xidmətində “Azərbaycan Xalq Cümhuriyyəti İli” münasibətilə tədbir keçirilib

Bakı. 16 mart. REPORT.AZ/ Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində “Azərbaycan Xalq Cümhuriyyəti İli” münasibəti ilə tədbir keçirilib.

Xidmətdən "Report"a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Xidmət rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev bildirib ki, xalqımızın dövlətçilik tarixində özünəməxsus yer tutan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Respublikamızın bu gün müstəqil dövlət kimi mövcudluğunun əsasını təşkil edir: "Azərbaycanın görkəmli vətənpərvər ziyalıları - Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Əlimərdan bəy Topçubaşov və digərlərinin gərgin zəhməti nəticəsində yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti azərbaycanlıların ermənilər tərəfindən məhv edilməsinin qarşısını almış, Xalq Cümhuriyyəti hökumətinin səyi nəticəsində güclü ordu formalaşdırılmış, ermənilərin Dağlıq Qarabağ və Zəngəzura hücumlarının, həmçinin ABŞ və İngiltərənin Naxçıvanı Ermənistana vermək planlarının qarşısı alınmışdır.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2018-ci ili Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etmiş və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” müvafiq sərəncam imzalayıb".

Tədbirə dəvət olunan “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı çıxışında Xalq Cümhuriyyətinin elan edilməsi ərəfəsində baş vermiş hadisələrdən danışıb: “1918-ci ilin mart ayından etibarən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirilmişdir. Cümhuriyyət dövründə Gəncədə hərbiyyə məktəbi təsis edilmiş, ilk vaxtlarda 1100 nəfər şəxsi heyəti olan ordumuzun sayı 40 minədək artmışdır. Qarabağda erməni daşnaklarına qarşı mübarizə aparan ordumuzun həyata keçirtdiyi əməliyyatlarla öz sözünü dedi”.

Daha sonra çıxış edən “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti tariximizin ən şanlı səhifələrindən biridir: "Bugün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Cümhuriyyətin dövlətçilik ənənələri uğurla davam etdirilir". 

Son xəbərlər

Orphus sistemi