“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, hərbi vəzifəlilər ehtiyatda olduqlarından planlı şəkildə hərbi təlimə çağırılırlar".
"Report" xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, mayor Füzuli İsmayılov deyib.
Onun sözlərinə görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əsas vəzifəsindən biri ehtiyatda olan hərbi vəzifəlilərin bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün hərbi təlim toplanışına çağırılmasıdır və bu, bundan əvvəlki dövrlərdə də həyata keçirilib:
"Hazırda da ehtiyatda olan hərbi vəzifəlilərin hərbi təlim toplanışları təşkil olunur və bu plan üzrə həyata keçirilir. Bir daha xatırladırıq ki, qanunvericiliyə əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilər çağırılıb və hərbi hissələrə yola salınıb.
Əhaliyə və ictimaiyyətə müraciət edirik, bu yolasalınma, hərbi təlim toplanışları, ehtiyatda olan hərbi vəzifəlilərin çağırılması heç bir təşviş üçün əsas vermir. Bir daha qeyd edirik ki, bu təlim toplanışı plana uyğun şəkildə həyata keçirilir".