Bakı. 4 mart. REPORT.AZ/ Dövlət Sərhəd Xidməti (DSX) Novruz bayramı münasibətilə qarnizonlarda "Valideyn günləri" keçirəcək. "Report" xəbər verir ki, valideynlər bayramı övladları ilə birgə keçirməklə yanaşı, sərhədçilər üçün yaradılan xidmət və məişət şəraiti ilə yaxından tanış ola biləcəklər.
Qeyd edək ki, "Valideyn günləri" martın 19-da saat 10-da DSX-nin Bakı, Naxçıvan, Horadiz, Göytəpə, Lənkəran, Xudat, Şəki, Zaqatala və Yevlax qarnizonlarında keçiriləcək.